۱۳۸۹ بهمن ۳, یکشنبه

Traxtor nədir?

Qoşaçaylı - Tehran - Canaz
Tv:
Bilmirəm siz də Traxtorun
tərifini eşitmisiniz yoxsa yox?
Əslən Traxtor sözü qulağınıza
dəyibmi? Ancaq bu qıssa
yazıda istəyirəm sizi bir az
Traxtorla tanış edəm!
Son zamanlar İranın 2-ci
ligindən üstün ligə yüksələn
“Traktörsazi” və ya güney
xalqı demişkən “Traxtor”
futbol taxımı, bir qıssa
sürəcdə milyonlarca insanın
ağzına düşdü və İran türkləri
arasında milyonlarca
azarkeşə sahib oldu. Traxtor
neçə ay ərzində İranda 50
ildən artıq ən çox tərəfdara
malik olan taxımları arxada
qoyaraq, İranın və hətta
Asyanın ən çox tərəfdarlı
taxım oldu. Demək Traxtor
İran türklərinin Barselonasına
çevrildi. Doğrudan da bu
durumun nədəni nə ola
bilər?
Traxtor sadəcə bir futbol
taxımı yox, bir kimlik
simgəsi!
Bir çox zamandır Güney
Azərbaycanda milli haqlar
uğrunda geniş miqyaslı bir
savaş və mubarizə
başlamışdır . Son illərdə bu
savaş milli hərəkət
çərçivəsində güney xalqı
arasında özəl bir yer açıb və
zaman sürəcində dərinləşib,
moderləşmişdir. Elə bu
moderləşmənin sonucu
olaraq, çeşitli və gərəksiz
basqılara məruz qalan İran
türkləri, Traxtoru bir modern
savaş metodu kimi seçdilər.
Traxtorun yarışması olan
stadyumlara on minlərcə
qırmızı bayraqlı Türk
toplaşaraq, milli şuarlar
səsləməyə başladılar. Traxtor
İran Türk xalqlarını (Güney
Azərbaycan, Türkmən,
Xorasan türkləri, Qaşqay, ...)
yenidən birləşdirdi və İranın
hər yerində milyonlarca
türkün yaşadığını göstərdi.
Elə ki Traxtorun Tehrandakı
qarşılaşmalarına 50000
nəfərdən artıq Tehran türkü
Azadlıq stadyumuna gəldi.
Traxtor Güney Azərbaycan
Türk xalqının tarixi ərazisini
və sınırlarını yenidən göz
önünə qoyub, sərgilədi.
Demək Traxtor İran Türkləri,
özəlliklə Güney Azərbaycan
Türklərinin kimlik simgəsinə
çevrildi.
Bütün bu olayların, İranda
yaşıl hərəkatın mubarizə
aparması ilə bir zamanda
olması, Güney Azərbaycan
türklərini üzdə savaşçı və
insan haqlarını sevən ancaq
arxada Panfarsisit olan
yaşılçılardan qorudu.
Traxtorçuların
stadyumlarda verdiyi milli
şuarlar
Stadyumlarda ən çox
səslənən şuarlar bunlardan
ibarətdir: “Yaşasın
Azərbaycan”, “Türk dilində
mədrəsə, olmalıdır hərkəsə”,
“Azərbaycan diyarımız,
Traxtor iftixarımız”,
“Azərbaycan yurdumuz,
Traxtor bozqurdumuz”,
“Təbriz, Bakı, Ankara, biz hara
Farslar hara”, ...
Deməli Traxtor futbol taxımı
Azərbaycan milli hərəkətinə
yeni bir güc verib və kütlənin
arasında bu hərəkətin
düşüncələrini daha artıq
yayılmasına yardımcı
olubdur.
Ancaq bu hələ işin sonu
deyil!!! Güney Azərbaycan
Türk xalqı Traxtordan bir
Barselona düzəltmək istəyir.
Bu xalq Traxtor futbol taxımı
vasitəsi ilə öz azadlıq səsini
bütün dünyanın qulağına
çatdırmaq istəyir. Belə bir
savaş dünyada ən modern və
ən mədəni savaşlardan bir
örnəkdir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر