۱۳۸۹ دی ۲۱, سه‌شنبه

Güney Azərbaycanla bağlı bir neçə ölkədə Aclıq Aksiyası keçiriləcək

GünAzTv:
İranda
yaşayan
azərbaycanlıların
hüquqlarının
müdafiəsi
tələbi
ilə
21
fevral
-
Beynəlxalq
Ana
Dili Günündə bir neçə
ölkədə aclıq aksiyası
keçiriləcək.
Qulamrza Səbri Təbrizinin
rəhbərlik etdiyi Dünya
Azərbaycanlıları
Konqresindən (DAK) APA-ya
verilən məlumata görə, DAK-
ın təşəbbüsü ilə keçiriləcək
aclıq aksiyası fevralın 21-də
Böyük Britaniyada, İsveçdə,
İsveçrədə, Almaniyada,
Finlandiyada və Kanadada
təşkil olunacaq. Aksiya
zamanı milli kimliklərinin
müdafiəsi tələbi ilə çıxış
etdiklərinə görə həbs edilən
və cəzaçəkmə
müəssisələrində işgəncələrə
məruz qalan
azərbaycanlıların azadlığa
buraxılması tələbi irəli
sürüləcək, İranda Azərbaycan
türklərinə qarşı assimilyasiya
və diskriminasiya siyasətinə
etiraz bildiriləcək

هیچ نظری موجود نیست:

ارسال یک نظر