London toplantısı,
haqqında,Güney
Azərbaycan milli
birlik şurasının
təhlili
Çeşitli
qurum,
şəxs ,
site və
fikir
sahiblərinin, Londonda
geçirilən təzahürat, toplantı
və iclaslara münasibət
bildirməsi bir tərəfdən
təqdirə layiqkən o biri
tərəfdən də
düşündürücüdür. Hər
şeydən əvvəl bildirməliyik ki,
bizim bu aksyonda
iştirakımızın əsas səbəbi,
birlikdə geçirilməsi
planlanan bu hərəkətin,
birliyimizə qatqısı olacağı
düşüncəsi olmuşdur. Bunun
yanında, Azər ayının 21-i
qutlamaları, Dr. Zehtabının
əzizlənməsi və BBC
qarşısında geçirilməsi
planlanan təzahüratın
əhəmiyəti də gözdən
qaçırılmamışdır. Ancaq,
təəssüflə gözlədiyimiz
qurum və şəxslərin
qoşulmaması, hərəkətin
mahiyətində təsirsiz olsa
belə, milli mübarizəmizdə
çətinlik yaradan düyünlərin
açılmasını gərəkdirdiyi də bir
həqiqətdir. Hələ söz verib
qoşulmuyanların hesabı tam
başqadır. Bu düyünlər
açılmış olsaydı, təzahüratda
120- ə yaxın deyil, 500 nəfər,
əzizləməyə 160-a yaxın deyil,
1000 nəfərin iştirakı,
düşmənin gözünə tikan,
dostun üzünə daha da güclü
sevinc gətirərdi.
Bu toplantı, müxtəlif analız
və tənqidlərdə, özəlliklə
sonrasında bəzi qurum və
şəxslərin mənimsəməsi ilə
bağlı yazılan yazılarda
haqlılıqlar olsa da,
bəzilərinin ölçülərinin
qaçırması gözə
çarpmaqdadır. Onun
üçündür ki, biz bu tənqidi
münasibətləri 3-ə
ayırmaqdayıq.
a- Azərbaycan milli
hərəkatına ürəyi
yanan səmimi
insanların yanıxlı
səslərindən qalxan “
aman diqqət”
fəryadlarına hörmətlə
yanaşır və milli
hərəkətçilərimizin bu
təcrübələrdən düzgün
faydalanmasını arzu
edirik. Şübhə yoxdur
ki, düzgün
təşkilatçılıqla,
sistematik təbliqat,
bütün probləmləri
həll etməsə belə, bəzi
quvvələrin iştirakını
təmin edərdi. Burada
diqqət yetirməliyik ki,
bucur umumi işlərdə
çeşitli fikir sahiblərinin
bir arada bir işçi
qrupunda olması,
bəzən başqalarına
ümidvarlığa çevrilir ki,
düzgün bir iş bölgüsü
ilə həll olmalıdır. Ötə
yandan, hər hansı bir
təkşilatın çağırışı ilə
hər hansı bir umumi
toplantının
düzənlənməsində,
organizasyon məsələsi
nisbi olaraq həll olsa
da başqa sorunlar
ortaya çıxmaqdadır.
Yersiz rəqabətlər,
didişmələr, şantajlar
və mənimsəmələr o
həddə çatıb ki,
indilikdə belə bir
dəvətə hamının
müsbət cavab verməsi
mümkün
olmuyacaqdır. Onun
üçündür ki, biz
əlimizdə olan qıt
vasitələrdən bütün
gücümüzlə isitafədə
edərək çalışırıq “Şura
fəlsefsini” millətimizin
hüzurunda
dərinliklərinə qədər
açıqlıyaq. İnanırıq ki,
milli və səmimi
quvvələrimizin
qoşulması ilə
yaranacaq “ milli
şura” belə
probləmlərimizin
həllində böyük rol
oynuyacaqdır.
Özəlliklə London
konfrasından sonra
bunun vacibliyini bir
daha vurqulamaq
məcburiyətindəyik.
Bugün Güney
Azərbaycanda
aparılan toplu
məhkemələrin bir
amacınında “milli
hərəkatımızın” daxil
1
bölməsində
başladılmış
demokratikləşmə
prosesini əzmək
olduğunu anlamaq
çətin deyildir. Bu
hadisə özü özlüyündə
“Milli Şura “
prebsiplərinin
əhəmiyətini
göstərməkdə və bu
yolun doğruluğunu
təsbit etməkdədir.
Biz, yersiz
çatışmaların, özəlliklə
kütləvi informasyon
vasitələri, paltalk
otaqları, E-mail
qrupları və sitələrdə
aparılmasının ziyanını
vurquluyaraq,məntiqi
tənqid metodlarına
qayıdılmasını faydalı
sayırıq. Şübhə
yoxdurki,bu
təxribatlardan ziyan
çəkən soydaşlarımızın
haqlarının
qorunmasınıda vacib
sayırıq.
b- Milli hərəkatımıza can
yandıran,
səmimiyətlərinə şübhə
etmədiyimiz bəzi
dostlarımızın
başqaları ilə
aralarında olan şəxsi
münasibətlərin təsiri
altında yazılan yazılar
da diqqətə layiqdir.
Bu yazıların istər
müsbət istərsə də
mənfi qavramları,
milli hərəkatımızın
durumundan az
məlumatı olanlara,
hərəkətçilərimizin bir
biri ilə olan
münasibətlərindən
xəbərsiz olanlara,
böhtan, qara yaxma
və başqalarını çirkin
yollarla səhnədən
qovmağa çalışanları
tanımıyanlara, müsbət
və ya mənfi təsir qoya
bilər. Ancaq,
həqiqətləri yalanlara
qarışdırıb, içində şəxsi
qərəz gizlənən bu
münasibətlərin
dəyərləndirilməsi
kimsəyə fayda
sağlamaz. Vurulan bu
adamların münasib
fürsətlərdə qarşı
tərəfə cavabi təbii
sayılsa belə,
Londondaki təzahüratı
küçümsəmələr,
əzizləmə toplantısına
daş atmalar, çeşitli
metodlarla düzü əyri
göstərmələr milli
hərəkatımıza ziyanlı
sayılmaqdadır. Milli
hərəkatımıza yeni
qoşulan dəyərli
soydaşlarımızı
məlumatlarını
artıraraq ayıq olmağa
çağırırıq.
Bu barədə bir az geniş
danışmağı
millətimizin, milli
hərəkatımızın və
özəlliklə hərəkatımızın
son mərhələlərində
yaradacaq
çətinliklərin qarşısını
indidən almq yolunda
faydasını vurqulamaq
istərdik. Bizə görə, bu
çirkin rəqabət, atışma
və çatışmaların
kökündə liderlik
iddeaları
durmaqdadır. Çirkin
rəqabətdən söz
açarkən sağlam
yarışmanın
inkişafımıza böyük
qatqısını xatırlatmaq
istərdik. Biz, içimizdə
fars rasistlərinin
casusunun olduğunu
inkar edəcək qədər
sadə dil olmasaqda,
milli fəallarımızı
casusluq suçları ilə
ləkələmələri əsla
qəbul etmirik və
inanmırıq. Ancaq,
özlərini millətin
başında sananların
sayı az deyil, bu
insanlar ümumiyətlə
milli inancı
dərinliklərinə qədər
duymadıqlarına görə,
şəxsi mənafe uğruna
bütün yaramazlıqlara
imza ata bilərlər. Bu
dostlarımızdan xahiş
edirik ki, millətimizin
gələcəyini göz önünə
alaraq öz fəaliyətlərini
ancaq milli hərəkatın
inkişafına, millətimizin
oyanmasına
yönəltsinlər. Bunuda
anlamaqdayıq və
təcrübə göstərmişdir
ki “Megalomania”
xəstəliyinə
bulaşanların beyin
çizgiləri bəlli dayrə
çəmbərindən eşiyə
çıxmaz, gərçəkləri
görməz vəya
görməməzlikdən
gələr. Ona görə, bu
dərdlərin dərmanı
üçün “Güney
Azərbaycan Milli
2
Birlik Şurası”
prensipləri ortaya
atıldı və məramı
inkişaf
etdirilməkdədir.
Bugün, dil və qələmlə
bir birini vuranlar,
sabah tüfəngə çevrilə
bilər, bunda da ən
maraqlı quvvə Fars
şovinizmidir. Onun
üçünbiz bir daha
bütün səmimi
soydaşlarımıza
səslənirik ”Milli birlik
yolda bizə yardımçı
olun”.
c- Düşmənin
görünmüyən əllərində
oynuyan qələmlərin
ürək yandırması,
ancaq aranı
qatmalarından
anlaşılmaqdadır.
Yoxsa, istər yazı
uslubları, istər
yalandan girdikləri
fikir dayirəri
bizimkilərə oxşadığına
görə onları direkt
olaraq seçmək
mümkün deyildir.
Bunlar bir şar
dığırladaraq, cahil
vəya yaramazlarımıza
meydan hazırlar, milli
məsələrimizin həlli
üçün sərf etməli
olduğumuz zamanı
boş didişmələrə
sürüklər.
Bizcə, London toplantısı
nisbi olaraq öz hədəflərinə
çatmaqla birlikdə çeşitli
çatışmamazlıqlarla yadda
qaldı. Özəlliklə təzahüratın,
müxtəlif bayraqlar yerinə
vahid bir albayraq altında
geçirilməsi, ona görkəmli bir
şəxsiyət qazandırmışdı. Artıq,
seyirçilər bizi, əziz
Azərbaycan cumhuriyəti
vətəndaşları ilə səhv salmır,
rəngarəng bayraqlarla çeşitli
ölkələrə mənsub etmirdi.
Biz, güney Azərbaycanının
harayını London xalqına və
oradan da başqalarına
çatdırmağı başarmışdıq.
Birlikdə aparılması
planlanan bu fəaliyətin
müsadirəyə çalışılması,
öncədən verilən sözün
tərsinə birgə fəaliyətlərə zid
bir hadisə kimi
dəyərləndirilmişdir. Güvən
dayrəsini daraldan belə
davranışlar ona görə
qınanılmamaqdadır ki, hər
hansı bir qurumun
güclənməsinin qarşısı
alınsın. Tam tərsinə
“Azərbaycan milli
hərəkatının” təşkilatlarının
geniş çalışmalarıyla
güclənməsi, milli
mübarizəmizin nəticəyə
çatmasında təsirli olduğuna
görə alqışlanmaqdadır.
Ancaq, başqalarının
fəaliyətini mənimsiyərək,
rəqibləri vurmaqla
böyüyənlərin şişməsi
qovuqlaşar və bir iynə ilə
yeli yatar, buda milli
hərəkatımızın ziyanına olar.
Azər ayının 21-ni əzizlərkən,
çağdaş “Azərbaycan Milli
Hərəkatının” fədakar
şəxsiyətlərini
dəyərləndirməklə, yeni bir
ənənəyə imza atılmışdır.
Prof. Dr. Zehtabının doğum
günü olan Azər ayının 22-ni
milli dirçəliş günü elan
etməklə bir oxla iki nişan
vurulmuşdur.
-Azər ayının 21-i 1325- də
fars şovinist quvvələrinin
hilələri ilə yıxılsaqda
ölmədik. Sabahısı gün
Zehtabının doğulması ilə
dirçəldik, yeni doğulan
gənclərimizlə dirildik, 22
may həmasəsini yaratdıq.
-Fars rasizminin bizə
yaratdığı yalançı
qəhrəmanları zibil qabına
ataraq, öz millətimizin
qəhrəmanlarına hörməti
diriltdik. Qan içən Kuruşun,
qəddar Daryuşun yerinə,
bundan sonra öz milli
qəhrəmanlarımızı xalqımıza
öyrədərək, yalançı güclərin
deyil, öz milli
qəhrəmanlarımızın gücünə
güvənərək güc mərkəzinə
çevrilib əsarət zəncirlərini
qırmağa çalışacayıq. Bu
yolda çalışmış Zehtabi və
ona bənziyənləri bir daha
anaraq, yaşayanlarını
alqışlayır, can sağlığı
arzulayırıq.
Güney Azərbaycan Milli
Birlik Şurası
Təbliqat komitəsi,
Tarix: 30.12.2010
هیچ نظری موجود نیست:
ارسال یک نظر