GünAzTv:
İnsan
haqlarının
pozduğuna
görə ,
İrandakı
hakmiyyət
gerici,
mürtəce
rejim
adlandırırlar.
Ölkədə
müxalif
düşüncəlilər keçirdikləri
etiraz aksiyada ona
«faşist», «diktatura»,
«irqçi» deyirlər.
Düzü, öz vətəndaşına sayğı
göstəməyən rejimlərə bu
sayaq hansı adı versən
yaraşar. Bununsa Qərb
mədəniyyətinə heç bir
aidiyyatı yoxdur. Məgər,
qərblilər deyir: «Ay, Tehran
öz vətəndaşına etibar
eləmə?»…
Məsələni çox uzatmadan
vəziyyətlə bağlı aydın səhnəni
təsəvvür etmək üçün iki
gündə insan haqlarının
pozulması ilə bağlı üç xəbərə
diqqət yetirmək yetərlidir.
«MIGnews»-un məlumatına
görə, İslam Respublikasının
inqilab məhkəməsi tanınmış
vəkil, hüquq müdafiəçisi
Nəsrin Sütudəni 11 il
müddətinə azadlıqdan
məhrum edib. Bundan başqa
ona 20 il vəkillik ettmək də
yasaqlınıb.
O, «milli təhlükəsizliyə»,
«antidövlət təbliğat
aparmaqda» suçlandırılıb.
«Svoboda» radiosunun
məlumatında isə bildirilib ki,
Sütudə həm də Nobel
mükafatı laureatı Şirin
İbadinin başçılıq etdiyi İnsan
haqlarının müdafiə
mərkəzinə üzv olduğuna görə
də «günahkar» bilinib.
Nəsrin Sütudə 2009-cu ilin
yayında prezident seçkisinin
rəsmi nəticələrinə etiraz
aksiyasında tutulmuşların
hüquqların müdafiə
edənlərdən olub. O, xarici
ölkələrin informasiya
vasitələrin ötən ilin
sentyabrında bu kimi
məsələlərlə bağlı müsahibə
verdiyi üçün həbs edilib.
Məhbusun həyat yoldaşı Rza
Xəndan jurnalistlərə
açıqlamasında xanımına
çıxarılan hökmün ədalətsiz
olduğunu vurğulayaraq
apellyasiya şikayəti
verəcəklərini söyləyib.
Başqa bir xəbərdə isə
bildirilib ki, İran
parlamentinin «Komissiya
10» qrupu, siyasi partiyalarını
fəaliyyətinin tənzimləyən,
belə qurumların «Facebook»
və «Twitter» kimi sosial
şəbəkədən istifadəsini
yasaqlayan qanun layihəsinə
müzakirə edəcək.
İran KİV-ə bu haqda
komissiyanın başçısı
Həmidrza Fulacar deyib.
Onun sözlərinə görə, İrandakı
«yüngül savaş və özəl
durumla» əlaqədar komissiya
siyasi partiyalar haqqında
qanunda bəzi dəyişikliklər
etmək istəyir. «Yumşaq
savaş» ifadəsini 2009-cu ilin
prezident seçkisindən sonra
ölkə rəsmiləri və informasiya
vasitələri tez-tez istifadə edir.
Hakimiyyət bütün müxalifət
və ona bağlı KİV-in
fəaliyyətini «yumşaq savaş»
adlandırır.
İran Appelyasiya məhkəməsi
Şiva Nəzər – Əhərini 4 il
azadlıqdan məhrum edib və
74 şallaqla cəzalandırılması
haqda qərar çıxarıb. O,
mövcud «hakimyyəti
devirməyə cəhddə» ittiham
olunur. 26 yaşlı jurnalist
2009-cu ilin məlum yay
olayları zamaanı tutulub,
prezident seçksindən sonra
girov qarşılığında sərəbəst
buraxılmışdı. Sədrəddin
Soltan
هیچ نظری موجود نیست:
ارسال یک نظر