Gəl, məni dost kimi
dindir, danışdır.
Dost bilsin qıraqdan
camaat bizi.
Məndeyim:
dostumdur, sən de:
tanışdır,
Hamıdan gizlədək
sevdiyimizi.
Danışaq, gülüşək,
gəzək yan-yana
Onda adımıza söz də
deyilməz.
Gizli görüşümüz çıxsa
meydana,
Deyəkki, dost dostla
görüşə bilməz?
Yalandan bir oğlan
şəkili gətir,
Heç kim bilməsin ki,
sevgiliyik biz.
İstəsənarada qoluma
da gir,
Burda pis nə var ki ,
dost deyilik biz?
Zəng elə danışaq
dərsdən-filandan,
Anana denən ki, bir
yoldaşımdı.
Qoy hamı "dost"
bilsin bizi hər zaman,
Denən ki , heç mənim
sevən yaşımdı...
Bu yolla gizlədək gəl
sevgimizi,
Camaat "dost" bilsin,
anansa yoldaş...
"Dost"luğa bükərək
həsrətimizi,
Bir azcıq sevinək gəl
yavaş-yavaş.
"Dost"luqla böyüsün
məhəbbətimiz,
Qoy daha olmasın
həsrət, göz yaşı...
Gəl, əvvəl həyatda
yoldaş olaq biz,
Sonrasa olarıq həyat
yoldaşı
هیچ نظری موجود نیست:
ارسال یک نظر